Vyetnam Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Vyetnam Prezidentinin rəsmi qarşılanma mərasimi olub Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib
Xarici siyasət
14 May , 2015 10:19
Vyetnam Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycana rəsmi səfərə gələn Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın mayın 14-də rəsmi qarşılanma mərasimi olub. "Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyetnamın dövlət baççısı Çıonq Tan Şanqı və xanımı May Thi Hanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Prezidentinə raport verib.

Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Vyetnam Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Çıonq Tan Şanqa, Vyetnam Sosialist Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Son xəbərlər

Orphus sistemi