Vladimir Georgiyev: “Qarabağın azad edilməsi miqrantlar üçün yeni biznes imkanları açır”
- 16 dekabr, 2022
- 14:45
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağın azad edilməsi miqrantlar üçün yeni biznes imkanları açır”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Vladimir Georgiyev bildirib.
O vurğulayıb ki, Azərbaycan qonşu ölkələrdən gələn miqrantlar üçün ilk istiqamətlərdən birinə çevrilib.
V.Georgiyevin sözlərinə görə, COVID-19 pandemiyası hərəkətə müəyyən məhdudiyyətlər qoyub və bu, miqrasiyaya da təsir edib: “Amma bu məhdudiyyətlər aradan qaldırıldıqdan sonra daha çox insan müxtəlif məqsədlərlə - istirahət, biznes və s. – Azərbaycana səfər etməyə və burada qalmağa meyllidir”.
O əlavə edib ki, indi ölkədə miqrasiya məsələlərinin təkmilləşdirilməsi üç prinsipə əsaslanır: dayanıqlılıq, mobillik, idarəetmə.