Ukraynalı siyasətçilər Azərbaycanın müstəqilliyini nümunə göstəriblər

Ukraynalı siyasətçilər Azərbaycanın müstəqilliyini nümunə göstəriblər Ukraynalı siyasətçilər Azərbaycanın müstəqlliyini nümunə göstərdilər.
Xarici siyasət
28 May , 2023 11:44
Ukraynalı siyasətçilər Azərbaycanın müstəqilliyini nümunə göstəriblər

Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi partiyasından deputatı Yuri Kamelçuk deyir ki, hazırda güclü Azərbaycan bu tarixi yolda müstəqilliklərini əldə etmək istəyən xalqlara tarixi nümunədir.

Deputat “Report”un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, 28 may 1918-ci il tarixində Azərbaycan şərqdə birinci olaraq öz müstəqilliyini elan edib:

“Amma 2 ildən sonra Sovet İttifaqı Azərbaycanın ərazisini işğal etdi. Lakin Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edə bildi. Bu, öz müstəqilliklərini müəyyənləşdirən digər ölkələr üçün bir nümunədir. Bu, bütün müstəqillikləri uğrunda mübarizə aparan millətlər üçün bir nümunədir. Azərbaycan bir çox ölkələrə və millətlərə əsl nümunədir. Bu müstəqilliklərə mane olan işğalçılar və terroristlər cəzalandırılmalıdırlar. Bütün ölkələr, xalqlar müstəqilliklərini dinc yaşamalıdırlar. Bütün ölkələr, xalqlar öz ölkələrində öz azadlıqlarını yaşamalıdırlar".

Ali Radanın digər deputatı Yaroslav Yurçişin də “Report”un Şərqi Avropa bürosuna deyib ki, Azərbaycanın 105 il bundan əvvəl uğurla müstəqilliyini elan etməsi, 1991-ci ildə sovet işğalına son qoyaraq bunu yenidən elan etməsi digər sovet ölkələri üçün də dəqiq göstəricidir ki, ölkələr öz müstəqilliklərini uğurla təsdiq edə bilərlər:

“Azərbaycanın uğurlu yol keçməsi bütün Sovet ittifaqından ayrılan ölkələr üçün bir nümunədir ki, uğurla müstəqilliyini möhkəmlədə və təsdiqləyə bilər. Azərbaycan bir nümunədir ki, digər keçmiş sovet ölkələri də özünün geosiyasi və suveren rolunu dünyanın yenidən qurulmasında göstərə bilər. Arzu edirəm bu birinci 105 illik olsun və bundan sonra Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha çox bəhrə gətirsin”, - deyə, o, əlavə edib.

Son xəbərlər

Orphus sistemi