Bakı. 29 sentyabr. REPORT.AZ/ Ukraynanın xarici işlər naziri Pavlo Klimkin oktyabrın 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, onun səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Daha sonra hər iki nazir mətbuat konfransı keçirəcək.