Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.
“Report” xəbər verir ki, bu barədə diplomat
“Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ [Uşaq] Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!”, – o qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də daha 30 ukraynalı uşağın reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirildiyi barədə məlumat yayılmışdı. Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq Azərbaycana gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmişdi.