TÜRKSOY 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib

Xarici siyasət
  • 20 yanvar, 2023
  • 08:43
TÜRKSOY 20 Yanvarla bağlı Azərbaycan xalqına başsağlığı verib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

“1990-cı ilin 20 Yanvarında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş “Qanlı Yanvar” şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə hörmət və ehtiramımızı bildiririk”.