Türkmənistan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkmənistan Prezidentinin Azərbaycana səfəri başa çatıb Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri martın 2-də başa çatıb.
Xarici siyasət
2 Mart , 2023 16:08
Türkmənistan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri martın 2-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi