Türkiyənin Dəvəli rayonunun icra başçısı FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub

Xarici siyasət
  • 18 fevral, 2023
  • 12:08
Türkiyənin Dəvəli rayonunun icra başçısı FHN-in Kahramanmaraşdakı mobil səhra hospitallarında olub

Türkiyənin Kayseri şəhərinin Dəvəli rayonunun icra başçısı Mehmet Tunc Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Kahramanmaraşda fəaliyyət göstərən mobil səhra hospitallarına gəlib.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, hospitallarda yaradılan şəraitlə tanış olub.

FHN-in Tibb Mərkəzinin poliklinika şöbəsinin terapevti tibb xidməti kapitanı Qurban Eyvazov M.Tunca hospitallarda yaradılan şəraitlə bağlı məlumat verib.

Daha sonra icra başçısı hospitallarda müayinə olunan xəsarətlərin son durumu ilə maraqlanıb.

44 filmi