Türkiyənin baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyənin baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb Binəli Yıldırımı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar
Xarici siyasət
4 İyun , 2016 11:27
Türkiyənin baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Bakı. 4 iyun. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri iyunun 4-də başa çatıb.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

B.Yıldırımı və xanımı Semiha Yıldırımı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

Son xəbərlər

Orphus sistemi