Türkiyəli deputat: Namizədlər bərabər hüquqlar əsasında təşviqat aparıblar

Xarici siyasət
  • 02 sentyabr, 2024
  • 07:11
Türkiyəli deputat: Namizədlər bərabər hüquqlar əsasında təşviqat aparıblar

Azərbaycanda parlament seçkilərində namizədlər bərabər hüquqlarla özlərinin təşviqat işlərini apara bildilər.

"Report" xəbər verir ki, bunu Azərbaycanda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərini izləyən TÜRKPA nümayəndə heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Ahmet Zembilci deyib.

O bildirib ki, seçki kampaniyası dövründə deputatlığa namizədlərə mediadan bərabər hüquqlarla istifadə etməyə imkan yaradılıb.

A.Zembilci işğaldan azad olunan Qarabağda ilk dəfə parlament seçkilərinin keçirilməsini xüsusi hal kimi vurğulayıb: "Ümid edirik ki, bu tarixi hadisə regional sülh və sabitliyə töhfə verəcək".