Yuxarı

Türkiyə XİN başçısı: "Qardaş Azərbaycan, bu ölkənin prezidenti və xalqı bizi çox dəstəklədi"

İkili standartlardan, gizli məqsədlərdən imtina etmək lazımdır

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Qardaş Azərbaycan, bu ölkənin prezidenti və xalqı bizi çox dəstəklədi".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun 15 iyul dövlət çevrilişi cəhdindən sonra təşkilatın Türkiyəyə necə kömək edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

M.Çavuşoğlu belə anlarda mənəvi ruh yüksəkliyinin vacib olduğunu qeyd edib: "Biz konstruktiv ideya və təkliflər gözləyirik. İkili standartlardan, gizli məqsədlərdən imtina etmək lazımdır. Avropa Şurası ölkələrinin əksəriyyəti də məhz belə mövqe tutur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi