Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib Türkiyənin respublikamızdakı Səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə ölkəmizə təşəkkür edib.
Xarici siyasət
6 Fevral , 2023 22:11
Türkiyə səfirliyi Azərbaycana təşəkkür edib

Türkiyənin respublikamızdakı Səfirliyi zəlzələ ilə əlaqədar qardaş ölkəyə köməyə görə ölkəmizə təşəkkür edib.

“Report” xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası və axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirik”, - səfirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi