Türkiyə prezidentinin Azərbaycana səfər proqramı məlum olub
Xarici siyasət
- 29 avqust, 2017
- 07:23
Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub.
Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. İclasda ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafı prespektivləri nəzərdən keçiriləcək.
Bundan başqa, R.T.Ərdoğan Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası 2016-cı ilin martın 15-də Ankarada keçirilib.
Son xəbərlər
04:17
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar
Digər ölkələr03:49
Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub
Region03:24
Ağ Evin yaxınlığında atışma zamanı yeniyetmə xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr03:12
İranlı deputatlar ABŞ ilə danışıqlar prosesindən narahatdır
Region02:46
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
Digər ölkələr02:18
Abbas Əraqçi: Siyasi böhranın hərbi həlli yoxdur
Region01:52
Uolts: ABŞ və müttəfiqləri İranla bağlı BMT TŞ-nin qətnamə layihəsini hazırlayacaq
Digər ölkələr01:27
"Mançester Siti" çempionluq uğrunda "Arsenal"la mübarizədə xal itirib
Futbol01:16