Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini açıqlayıb

Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini açıqlayıb “Can Azərbaycana olan dəstəyimiz Şuşa bəyannaməsi üzrə çox əhmiyyətli və əbədidir”
Xarici siyasət
1 Oktyabr , 2022 18:11
Ərdoğan Paşinyanla Praqada görüşə biləcəyini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada görüşə biləcəyini qeyd edib.

“Report” "Haber Global"a istinadən xəbər verir ki, o, bu barədə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Türkiyə lideri bildirib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bölgədə yeni şərait yaranıb:

“Şuşa bəyannaməsinə uyğun olaraq can Azərbaycana olan dəstəyimiz çox əhəmiyyətli və əbədidir. Cənubi Qafqazda can Azərbaycanın qələbəsindən sonra bölgədə davamlı sülh üçün ümid işığı doğub”.

Ərdoğan bölgədə davamlı sülh üçün Ermənistanla əlaqələrimizdə yeni əməkdaşlığı ortaya qoyduqlarını vurğulayıb: "Ermənistan regiondakı barış üçün yaranmış şəraiti yaxşı dəyərləndirməlidir".

Son xəbərlər

Orphus sistemi