Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Xarici siyasət
  • 01 mart, 2019
  • 07:52
Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub

Bakı. 1 mart. REPORT.AZ/ Türkiyə Böyük Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfərinin tarixi məlum olub.

"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, səfər martın 5-7-də reallaşacaq.

Səfər zamanı M.Şentop Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Qeyd edək ki, bu, M.Şentopun Türkiyə Böyük Millət Məclisinin sədri təyin olunduqdan sonra xarici ölkəyə ilk səfəridir.