Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz.
“Report” xəbər verir ki, bunu Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Muhittin Özdemir "Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O bildirib ki, Türk Dövlətləri Təşkilatının nəzdində qurulmuş hüquq və ədalət sahəsində əməkdaşlığı inkişaf etdirməyə yönəlmiş təşkilatın dönəm liderliyini Türkiyədən sonra Azərbaycan yerinə yetirib:
“Bu il iyun ayında Bakıda proqram hazırlamışdıq. Bu sayca ikinci proqramdır. Azərbaycan dönəm liderliyini Qazaxıstana təhvil verəcək. Bu tədbirlərin məqsədi Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığı hüquq sahəsində də inkişaf etdirməkdir.
Hüquqi təməllərə əsaslanmayan əməkdaşlıq inkişaf edə bilməz. Ona görə də hüquq sahəsində dövlətlərin ixtilaflarını ortaq mədəniyyət çərçivəsində həll edilməsinə çalışırıq”.