Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: "İlk səfərimi Azərbaycana etdim" - MÜSAHİBƏ - VİDEO

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: "İlk səfərimi Azərbaycana etdim" - MÜSAHİBƏ - VİDEO Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Türkiyənin "Haber Global" televiziyasına müsahibə verib. “Report” həmin müsahibəni təqdim edir:
Xarici siyasət
1 İyun , 2021 17:06
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: İlk səfərimi Azərbaycana etdim - MÜSAHİBƏ - VİDEO
Bəkir Şahin

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahin Türkiyənin "Haber Global" televiziyasına müsahibə verib. “Report” həmin müsahibəni təqdim edir:

- Bu, Bakıya ilk gəlişinizdirmi? Təəssüratlarınız necədir?

- Bakıya və xaricə ilk rəsmi səfərimdir. İlk rəsmi ziyarətimizi ya Şimali Kiprə, ya da Azərbaycana etməyimiz bir ənənədir. Mən də ilk ziyarətimi Azərbaycana etdim. Hətta məmləkətim Ankaradan başqa heç bir yerə getmədim. İlk ziyarətim Bakıyadır.

- Bakını necə gördünüz?

- Bakıda tarixi binalar çoxdur. İsti və gözəl gördüm. Yollarda tıxaclar var.

- Azərbaycan Baş prokuroru Kamran Əliyevlə görüşdünüz və önəmli anlaşma memorandumu imzaladınız, Prezident İlham Əliyev tərəfindən qəbul edildiniz. Bu görüşlərin Türkiyə-Azərbaycan əlaqələrinə necə təsir göstərəcəyini düşünürsünüz?

- Türkiyə və Azərbaycan qardaş ölkədir. Şimali Kipr istisna olmaqla, Azərbaycan tərcüməçi olmadan danışa bildiyimiz yeganə ölkədədir. Qardaş olduğumuz üçün bu görüşlər davam edəcək. Gözəl nəticələr əldə edəcəyimizi düşünürəm. Uzun illər ayrı qaldıq. Qardaşlar bu qədər ayrı qalmamalıdır, görüşləri davam etdirəcəyik. Türkiyə və Azərbaycanın gələcəyi, hüquq, iqtisadi, ticarət sahəsində yüksəlməsi üçün nə lazımdırsa ediləcək.

- Azərbaycan və Türkiyə arasında imzalanan anlaşma memorandumunda nələrdən bəhs olunur? Prezident İlham Əliyevlə görüşdə Türkiyə təcrübələrini bölüşməyə hazır olduğunuzu bildirdiniz. Bunlar hansı təcrübələrdir?

- Məsələn, imzalanan protokolun ikinci maddəsinə əsasən tərəflər arasında prokurorların qısamüddətli təhsil mübadiləsi istiqamətində fəaliyyət göstəriləcək. Mübadilə proqramı hazırlanacaq. Cinayət hüququ, başqa məsələlərə dair əməkdaşlıq ediləcək.

- Ermənistanın 1992-ci ildən Qarabağda törətdiyi cinayətlər, Xocalı soyqırımından başlayaraq, İkinci Qarabağ müharibəsi zamanı Gəncə, Bərdə şəhərlərində mülki əhaliyə qarşı edilən müharibə cinayətləri var. Müharibə cinayətləri üzrə Türkiyə Azərbaycanla ortaq addımlar atacaqmı?

- Bu cinayətlərlə bağlı bütün dəlillər Azərbaycandadır. Faktlar toplanır. Biz də bunların beynəlxalq məhkəmədə qaldırılmasına dəstək verəcəyik, hüquqi yardımımızı edəcəyik. Başqa formada isə Türkiyə müdaxilə etmiş olar. Biz sadəcə hüquqi baxımdan dəstək olacağıq.

- HDP-nin (Xalqların Demokratik Partiyasını nəzərdə tutur- red.) bağlanması ilə bağlı iddianamə Konstitusiya Məhkəməsi tərəfindən geri qaytarıldı. Bu iş hansı mərhələdədir?

- Bu mövzu barədə danışmaq istəmirəm, amma sadəcə bunu deyə bilərəm ki, təkrar hazırlayırıq.

- Əyalət Apellyasiya məhkəmələri açıldı. Məqsəd Ali Məhkəmənin işini yüngülləşdirmək idi. Çünki Ali Məhkəmənin işinin çox olduğunu bilirik. Sizcə, Əyalət Apellyasiya məhkəmələri bu işi azalda bildimi?

- Əlbəttə, Ali Məhkəmədəki sənəd sayı təxminən 700 min idi. Keçən il 5 iyunda işə başladım. Həmin vaxt pandemiya vəziyyəti oldu. 283 min 411 dosye vardı. İndi hər ay təxminən 20 min sənəd gəlir. Bir il ərzində ortalama 200 min sənəd gəlib. Sizcə, onda təxminən neçə sənədimiz olar?

- Az olub deyə düşünürəm. 100 minə düşdümü?

- 135 minə. İyulun 20-dək yeni binaya köçəcəyik. 120 minədək sənədimiz olacaq. Millətimizə vəd edirəm ki, ilin əvvəlində 100 mindən az olacaq. Gələn il bu vaxtlarda reportaj gündəmə gəlsə, 50-60 minə yaxın dosye olacaq. 283 mindən 130 minə düşürdük. Ölkədə pandemiya olduğu üçün bir çox qurumlar işləmədi. Yoluxanlar və xəstələnənlər istisna olmaqla, pandemiyanın Ali Məhkəmə və Baş Prokurorluğun işinə təsir etmədiyini deyə bilərəm.

- Prokurorluqda FETÖ ilə istintaq mərhələsi bitdimi?

- Xeyr. Hazırda bu iş üzrə 40 minə yaxın dosye var.

- Yenidən olmaması üçün nələr edilməlidir, ya da necə mübarizə aparılmalıdır?

- Dövlət o mübarizəni aparacaq. Hüquqşunaslar da vicdanları ilə qanunlara uyğun qərar vermək məcburiyyətindədir. Vicdanını başqa bir şeyə təslim edəndən hüquqşünas ola bilməz. Amma dövlət mübarizə aparacaq və aparır. Hər zaman ayıq-sayıq olmaq lazımdır. Elə bir qurumlar hər zaman dövlət orqanlarına və dövlət içinə sıza bilər. Zamanında tədbir almaq lazımdır.

Son xəbərlər

Orphus sistemi