Nadia Tourqui: Qəmər xalqı Mayotda azad seçkilər tələb edir

Nadia Tourqui: Qəmər xalqı Mayotda azad seçkilər tələb edir Seçkilərdə saxtakarlıq, korrupsiya beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Qəmər xalqı azad seçkilər tələb edir.
Xarici siyasət
3 Sentyabr , 2024 11:02
 Nadia Tourqui: Qəmər xalqı Mayotda azad seçkilər tələb edir

Seçkilərdə saxtakarlıq, korrupsiya beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Qəmər xalqı Mayotda azad seçkilər tələb edir.

“Report” xəbər verir ki, bunu Üçüncü Yol Kollektivinin (C3V) Vətəndaş Cəmiyyətinin üzvü Nadia Tourqui Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.

“Bu gün biz sərhədlərin toxunulmazlığı prinsipindən danışmalıyıq. Qəmər xalqı Mayotda azad seçkilər tələb edir. Onlar bu gün Mayotda fərqli statusla üzləşiblər, Mayot müstəmləkəyə çevrilib. Seçkilərdə saxtakarlıq, korrupsiya bu gün beynəlxalq ictimaiyyətə çağırışı da çətinləşdirib. Elit təbəqəyə qarşı sanksiyalar tətbiq olunur, ziyalı insanlar fikirlərini səsləndirə bilmirlər”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi