Topqapı Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Topqapı Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib Bu gün Türkiyədəki Topkapı universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Xarici siyasət
17 fevral 2025 18:19
Topqapı Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Türkiyənin İstanbul şəhərində Topqapı Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun mətbuat xidməti bildirib.

“Bu gün iştirakımızla Topqapı Universiteti Mavi Vətən Mərkəzində “33-cü ildönümündə Xocalı soyqırımı” anım proqramı və konfransı təşkil edildi”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd edilib.

Məlumata görə, tədbirdə faciənin tarixi miqyası, hüquqi aspektləri və onun yaddaşlarda qalması üçün görülməli tədbirlər müzakirə olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisində (parlamentində) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunacaq tədbir keçiriləcəyinə dair məlumat yayılmışdı.

Fevralın 15-də ABŞ-nin Mayami-Deyd dairəsində soyqırımının baş verdiyi gün Xocalının Anım Günü elan edilmişdi.

Son xəbərlər

Orphus sistemi