Tehran və Bakı Azərbaycanın İrandakı səfirliyinin işinin bərpasının müzakirəsini planlaşdırır

Tehran və Bakı Azərbaycanın İrandakı səfirliyinin işinin bərpasının müzakirəsini planlaşdırır İran və Azərbaycan yanvarın 29-da hücumdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Tehrandakı diplomatik missiyasının işinin bərpasını tezliklə müzakirə etməyi planlaşdırır.
Xarici siyasət
2 Oktyabr , 2023 16:38
Tehran və Bakı Azərbaycanın İrandakı səfirliyinin işinin bərpasının müzakirəsini planlaşdırır

İran və Azərbaycan yanvarın 29-dakı hücumdan sonra fəaliyyətini dayandıran Azərbaycanın Tehrandakı diplomatik missiyasının işinin bərpasını tezliklə müzakirə etməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani Çafi bildirib.

“Azərbaycan rəsmilərinin İrana səfəri ilə bağlı planlar koordinasiya mərhələsindədir və hələlik dəqiq tarixi deyə bilmərəm. Bizim gündəliyimizdə Azərbaycan səfirliyinin işinin bərpası, Cənubi Qafqazda cərəyan edən hadisələr kimi ciddi məsələlər var. Azərbaycan diplomatlarının Tehrana qayıtması yaxşı əlamət olardı və ümid edirik ki, bunun tezliklə baş verdiyini görə biləcəyik", - o vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs səfirliyə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

Qeyd edək ki, Azərbaycanın Dövlət Televiziyası (AzTV) Tehrandakı səfirliyə silahlı basqın edən cinayətkarın İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edildiyini açıqlayıb. Tehran hələlik bu məlumatı şərh etməyib.

Son xəbərlər

Orphus sistemi