Tbilisidə Yeni il instalyasiyasında Bakının simvolu yer alıb

Tbilisidə Yeni il instalyasiyasında Bakının simvolu yer alıb Gürcüstanın paytaxtı Tbilisi şəhəri Yeni il üçün al-əlvan işıqlar və dekorasiyalarla bəzədilib.
Xarici siyasət
10 Dekabr , 2021 16:15
Tbilisidə Yeni il instalyasiyasında Bakının simvolu yer alıb

Gürcüstanın paytaxtı Tbilisi şəhəri Yeni il üçün al-əlvan işıqlar və dekorasiyalarla bəzədilib.

“Report”un yerli bürosu xəbər verir ki, ölkənin əsas şam ağacı Gürcüstan parlamentinin binası qarşısında qurulub.

Bayram libaslı Tbilisinin mərkəzi Rustaveli prospekti boyunca dünyanın bir sıra şəhərlərinin əsas rəmzlərinin bəzəkli kiçik maketləri də yerləşdirilib. Londonun Biq Beni, Parisin Eyfel qülləsi, Vaşinqtonun Azadlıq heykəli, Rimin Kolizeyinin rəngarəng maketləri arasında Bakı şəhərinin simvollarından olan “Alov qüllələri” də yer alıb.

Əsas yolka və instalyasiyalar bu gün saat 20:00-da Tbilisi meri Kaxa Kaladze və şəhər sakinlərinin iştirakı ilə işıqlandırılacaq. Şənliklər çərçivəsində Gürcüstan paytaxtında dekabrın 24-də Orbeliani meydanı və “Deda ena” parkında yeni il kəndləri də açılacaq.

Qeyd edək ki, Tbilisi meriyası yeni il tədbirlərinə 1 milyon ABŞ dollarından çox vəsait xərcləməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi