TASS Lavrovun KTMT müşahidəçilərindən istifadə ilə bağlı yaydığı xəbərinə düzəliş edib

TASS Lavrovun KTMT müşahidəçilərindən istifadə ilə bağlı yaydığı xəbərinə düzəliş edib Rusiyanın TASS xəbər agentliyi xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanması üçün KTMT müşahidəçilərindən istifadənin mümkünlüyü barədə verdiyi bəyanatla bağlı mətnə düzəliş edib.
Xarici siyasət
30 Sentyabr , 2022 15:10
TASS Lavrovun KTMT müşahidəçilərindən istifadə ilə bağlı yaydığı xəbərinə düzəliş edib
Sergey Lavrov

Rusiyanın TASS xəbər agentliyi xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan sərhədində vəziyyətin nizamlanması üçün KTMT müşahidəçilərindən istifadənin mümkünlüyü barədə verdiyi bəyanatla bağlı yaydığı xəbərə düzəliş edib.

“Report” “News.ru”ya istinadən xəbər verir ki, TASS-ın materialında iddia olunurdu ki, guya S.Lavrov “Dağlıq Qarabağda nizamlanma” üçün KTMT müşahidəçilərindən istifadə imkanlarından bəhs edib. “News.ru” TASS-da yer alan bu məqamı şərh etməsi üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Rusiya XİN bəyan edib ki, Lavrovun çıxışının dəqiq mətni nazirliyin saytında dərc olunacaq.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan mediası bu materiala diqqət çəkib. Azərbaycan mətbuatında nazirin sözləri çatdırılan zaman qeyri-dəqiqliyə yol verildiyi və söhbətin Qarabağdan yox, Ermənistan-Azərbaycan sərhəd zonasından getdiyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi