Süleyman Soylu: "Çətin günlərdə yanımızda olduğu üçün Azərbaycana təşəkkür edirik"

Süleyman Soylu: "Çətin günlərdə yanımızda olduğu üçün Azərbaycana təşəkkür edirik" “Bu çətin günlərdə bizimlə birlikdə olduğu üçün Azərbaycana təşəkkür edirik. Azərbaycandan gələn heyət bütün bədənləri, canları ilə bu işin içərisindədir”.
Xarici siyasət
122
6 Avqust , 2021 16:20
Süleyman Soylu: Çətin günlərdə yanımızda olduğu üçün Azərbaycana təşəkkür edirik
Süleyman Soylu

“Bu çətin günlərdə bizimlə birlikdə olduğu üçün Azərbaycana təşəkkür edirik. Azərbaycandan gələn heyət bütün qüvvəsi ilə bu işin içərisindədir”.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, bu, tamam fərqli bir fəlakətdir: “Zəlzələ, sel olur, bitir və sonra hadisələri idarə edirik. Amma indi həm yanğınla mübarizə aparırıq, həm də fəlakətin vurduğu ziyanı aradan qaldırmağa çalışırıq. Təxminən 20 təyyarə, 10-dan çox helikopter səhər tezdən gecəyə qədər hər yerdə yanğının söndürülməsi ilə bağlı əməliyyat aparır”.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycan yanğınsöndürənləri özlərinin cəsarətini ortaya qoyurlar: “Biz həm insan, həm də texnika gücü ilə Azərbaycanı burada görürük. Çox şükür ki, belə dostlarımız var. İnşallah, ən yaxın zamanda yanğını söndürüb sonra xalqın zərərini, sıxıntılarını həll etməyə çalışacağıq. Bir daha burada olan heyətə, Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, hökumətinə təşəkkür edirəm”.

Son xəbərlər

Orphus sistemi