Yuxarı

Strasburqda AŞPA Yay sessiyası öz işinə başlayır

Sessiyada Yunanıstan və Estoniya baş nazirlərinin çıxışı gözlənilir

Bakı. 20 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası Strasburqda öz işinə başlayır. 

"Report" AŞPA mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya zamanı Türkiyədə demokratik institutların fəaliyyəti, Yunanıstanda qaçqınlarla bağlı vəziyyət, miqrantlara qarşı zorakılıq, Avropa institutlarının şəffaflıq məsələsi və s. müzakirə olunması planlaşdırılır. 

İlkin gündəliyə əsasən, hazırkı sessiyanın proqramına Azərbaycanla bağlı məsələlər daxil edilməyib. 

Sessiyada Yunanıstanın baş naziri Aleksis Sipras və Estoniyanın baş naziri Taavi Rıyvasın çıxışı gözlənilir.

Sessiya öz işini iyunun 24-də başa vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi