Yuxarı

"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları bu gün Brüsseldə görüşəcək

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək

Bakı. 23 may. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşü bu gün Brüsseldə keçiriləcək.

"Report" xəbər verir ki, görüş Avropa İttifaqının Xarici İşlər Şurasının iclasından əvvəl baş tutacaq.

XİN başçılarının görüşündə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək.

Görüş zamanı nazirlər Avropa Qonşuluq siyasətindəki islahatlar fonunda proqramın inkişafı, eləcə də 2017-ci ildə keçiriləcək növbəti "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Xatırladaq ki, "Şərq Tərəfdaşlığı" sammiti hər iki ildən bir keçirilir. Son belə sammit 2015-ci ilin may ayında Riqada keçirilib. "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirləri isə ildə bir dəfə görüşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi