Lavrov: Azərbaycan-Rusiya münasibətləri istənilən məsələni operativ şəkildə həll etməyə imkan verir

Lavrov: Azərbaycan-Rusiya münasibətləri istənilən məsələni operativ şəkildə həll etməyə imkan verir Azərbaycan AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasının səbəblərinin araşdırılmasında Rusiyanın iştirakını dəstəkləyib və Moskva bunu yüksək qiymətləndirir.
Xarici siyasət
14 Yanvar , 2025 15:40
Lavrov: Azərbaycan-Rusiya münasibətləri istənilən məsələni operativ şəkildə həll etməyə imkan verir
Sergey Lavrov

Azərbaycan AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasının səbəblərinin araşdırılmasında Rusiyanın iştirakını dəstəkləyib və Moskva bunu yüksək qiymətləndirir.

Bunu RF XİN başçısı Sergey Lavrov “Report”un sualını cavablandırarkən bildirib.

"Azərbaycan və Rusiya arasında bütün faktların öyrənilməsi əsasında istənilən məsələni operativ surətdə həll etməyə imkan verən strukturlaşdırılmış münasibətlər mövcuddur. Azərbaycanlı dostlarımızın bütün amilləri nəzərə alaraq Rusiyanın araşdırmada iştirakını dərhal dəstəkləməsini yüksək qiymətləndirdik", - Lavrov qeyd edib.

O, həmçinin Rusiya tərəfinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla sıx təmasda olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi