Serbiya Baş nazirinin birinci müavini: Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk

Serbiya Baş nazirinin birinci müavini: Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.
Xarici siyasət
16 Aprel , 2024 00:32
Serbiya Baş nazirinin birinci müavini: Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm veririk

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, danışıq zamanı nazirlər Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyətini və perspektivlərini, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər qarşılıqlı yüksək səviyyəli səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyətin, iqtisadi və mədəni əməkdaşlığın, o cümlədən enerji, yüksək texnologiyalar, nəqliyyat, humanitar, təhsil, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

İvitsa Daçiç Serbiyanın Azərbaycanla strateji əməkdaşlığa xüsusi önəm verdiyini, ölkələrimizin qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyünə verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.

Bununla yanaşı, danışıq zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi