Səməd Seyidov: Azərbaycanla Rusiya arasında münasibətlər beynəlxalq prinsiplərə uyğun şəkildə cavab verir

Səməd Seyidov: Azərbaycanla Rusiya arasında münasibətlər beynəlxalq prinsiplərə uyğun şəkildə cavab verir Azərbaycan və Rusiya regionda beynəlxalq prinsiplərə, qanunlara və qaydalara cavab verən, həmçinin ən yaxın qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yeni münasibətlər konsepsiyasını təqdim ediblər.
Xarici siyasət
27 May , 2024 19:51
Səməd Seyidov: Azərbaycanla Rusiya arasında münasibətlər beynəlxalq prinsiplərə uyğun şəkildə cavab verir

Azərbaycan və Rusiya regionda beynəlxalq prinsiplərə, qanunlara və qaydalara cavab verən, həmçinin ən yaxın qonşuları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən yeni münasibətlər konsepsiyasını təqdim ediblər.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Qriqori Karasinlə görüşündə deyib.

“Biz Azərbaycan və Rusiya Federasiyası beynəlxalq ictimaiyyətə regionumuzun dövlətləri arasında münasibətlərin yeni konsepsiyasını təqdim edə bildik”, - S.Seyidov bildirib.

Onun sözlərinə görə, bu konsepsiyanı iki dövlətin rəhbərləri formalaşdırıb və bu siyasətin əsası Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana səfəri və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşü ilə qoyulub.

Son xəbərlər

Orphus sistemi