Səməd Seyidov: "Avropada tolerantlıq dəyərdən düşüb"

Səməd Seyidov: "Avropada tolerantlıq dəyərdən düşüb" "Avropada tolerantlıq dəyərdən düşüb".
Xarici siyasət
22 İyun , 2022 13:49
Səməd Seyidov: Avropada tolerantlıq dəyərdən düşüb
Səməd Seyidov

"Avropada tolerantlıq dəyərdən düşüb".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında çıxışı zamanı bildirib.

İyirmi ildir AŞPA-nın üzvü olduğunu deyən azərbaycanlı deputat Strasburq şəhərinin mərkəzində yerləşən sinaqoqun qapılarını hər zaman bağlı gördüyünü söyləyib: "Mənim şəhərim olan Bakıda, Azərbaycanın paytaxtında da sinaqoq var və bütün həyatım boyu onun qapılarını heç vaxt bağlı görməmişəm. Ancaq təəssüflər olsun ki, Avropada tolerantlığa hörmət itib. Biz AŞPA-nın üzvləri kimi bu dəyərin aktuallaşması üçün əlimizdən gələni etməliyik. Bir az yəhudi, bir az müsəlman olmağa çalışmalıyıq. Etnik mənşəyinə görə ayrı-seçkilikdən əziyyət çəkənləri bu zaman gözəl anlayacağıq".

Son xəbərlər

Orphus sistemi