Səfir: "İsrail jurnalistlərindən ibarət heyət Azərbaycana səfər edəcək"

Səfir: "İsrail jurnalistlərindən ibarət heyət Azərbaycana səfər edəcək" Turizmi inkişaf etdirmək üçün yaxın vaxtlarda İsrail ortodoks jurnalistlərindən ibarət nümayəndə heyətini Azərbaycana göndərəcəyik.
Xarici siyasət
3 Oktyabr , 2023 11:16
Səfir: İsrail jurnalistlərindən ibarət heyət Azərbaycana səfər edəcək

"Turizmi inkişaf etdirmək üçün yaxın vaxtlarda İsrail jurnalistlərindən ibarət nümayəndə heyətini Azərbaycana göndərəcəyik".

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov İsrail mətbuatına açıqlamasında deyib.

Səfir bildirib ki, təkcə 2023-cü ilin ilk səkkiz ayında Azərbaycana 22 min İsrail vətəndaşı səfər edib:

“2019-cu ildə, yəni pandemiyadan əvvəl, təxminən 15 min İsrail vətəndaşı Azərbaycana gəlib. Ötən il bu rəqəm 24 min olub. Bu ilin avqust ayına kimi bu göstərici 22 min nəfər olub. Yəni bu il yeni rekord qeydə alına bilər. Biz artıq 2024-cü ildə turizmi təşviq etmək üçün layihələr üzərində işləməyə başlamışıq. Jurnalistlər, blogerlər və yutuberlərdən ibarət nümayəndə heyətləri göndərmişik və Azərbaycanın üstünlüklərini tanıtmaq üçün göndərməyə davam edəcəyik. Ərazidə turizmi daha da inkişaf etdirmək üçün yaxın vaxtlarda İsrail jurnalistlərindən ibarət nümayəndə heyətini göndərəcəyik, onlar ərazini həm özləri görəcək, həm də oradakı sinaqoqları və yəhudilərə xas turist məkanlarını ictimailəşdirəcəklər”.

Muxtar Məmmədov Azərbaycanda görüləcək çox məsələlərin olduğunu vurğulayıb:

“İsrailliləri Azərbaycana səfərə dəvət edirəm. Burada görüləcək çox şey var. Ən böyük attraksionlardan biri “Formula 1” yarışıdır. Düzü, belə bir beynəlxalq tədbirdən nə qədər az israillinin xəbərdar olduğunu görəndə təəccübləndim. Məqsəd bu məlumatsızlığı gələn ilə qədər aradan qaldırmaqdır”.

Son xəbərlər

Orphus sistemi