Yuxarı
    Bağlamaq

    Səfir: "İtaliyanın Azərbaycanla dostluq əlaqələrinin inkişafı üçün səylərimi əsirgəməmişəm"

    İtaliya səfiri Campaolo Kutilyo nazir Elmar Məmmədyarovla vidalaşıb

    Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyonu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqtisadi-ticarət sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.

    Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

    Nazir Elmar Məmmədyarov səfir Campaolo Kutilyoya gələcək fəaliyyətində uğurlar arzu edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi