​Səfir: "Fransa və Azərbaycan möhkəm və sıx əməkdaşlıq həyata keçirir"

​Səfir: "Fransa və Azərbaycan möhkəm və sıx əməkdaşlıq həyata keçirir" Bakıda Fransanın Milli günü münasibətilə tədbir keçirilib
Xarici siyasət
14 İyul , 2016 23:18
​Səfir: Fransa və Azərbaycan möhkəm və sıx əməkdaşlıq həyata keçirir

Bakı. 14 iyul. REPORT.AZ/ Bakıda Fransanın Respublika Gününə həsr olunmuş - Bastiliyanın alınması münasibətilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe bildirib ki, bu gün Fransa üçün respublikanın dövlətçiliyinin əsasını təşkil edən - "azadlıq, bərabərlik və qardaşlıq" prinsipləri çox vacibdir. Səfir qeyd edib ki, Fransa və Azərbaycan bir çox sahələrdə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ATƏT-in Minsk qrupu çərçivəsində fəal dialoq aparır.

"Fransa və Azərbaycan möhkəm və sıx əməkdaşlıq həyata keçirirlər", - deyə səfir bildirib.

Buşe vurğulayıb ki, ölkələr iqtisadi əlaqələri inkişaf etdirirlər. O, həmçinin Azərbaycan iqtisadiyyatının diversifikasiyasının vacibliyini qeyd edib və vurğulayıb ki, bu sahədə Azərbaycan bazarında təmsil olunan müxtəlif sahələrdə, o cümlədən neft-qaz sənayesində, tikinti, kosmos, informasiya texnologiyaları və s. fransız kampaniyaları böyük rol oynayır.

Öz növbəsində Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan və Fransa əməkdaşlığı fəal inkişaf etdirir. O qeyd edib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərini qiymətləndirir və ümid edir ki, bu səylər öz müsbət nəticələrini verəcək.

Son xəbərlər

Orphus sistemi