Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür
Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür“Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz R.T.Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsu
“Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”.
“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.
Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.
Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.
İlişkilerimizi stratejik seviyeden müttefiklik seviyesine taşıyan Cumhurbaşkanımız RT Erdoğan ile Cenap Prezident İlham Aliyev’in #ŞuşaBeyannesi’yle attıkları imzalar olmuştur. Türkiye’nin Azerbaycan’la diplomatik ilişkilerinin 30.Yıldönümü kutlu, kardeşliğimiz daim olsun. pic.twitter.com/lb88X4mINr