Səfir: ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir

Səfir: ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir ABŞ və Azərbaycan uzunmüddətli əməkdaşlıq tarixinə malikdir.
Xarici siyasət
15 Fevral , 2024 15:21
Səfir: ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir

ABŞ və Azərbaycan uzunmüddətli əməkdaşlıq tarixinə malikdir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.

“Burada olduğum üçün çox şadam. ABŞ və Azərbaycan bir sıra sahələrdə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Mənim burada prioritetlərim enerji təhlükəsizliyi və ətraf mühitin mühafizəsi məsələləri olacaq. Biz artıq bu məsələlərlə bağlı yüksək səviyyəli dialoq aparırıq”, - o bildirib.

Onun sözlərinə görə, Vaşinqton və Bakı investisiya sahəsində əməkdaşlığı davam etdirəcək, insanlar arasında əlaqələrin möhkəmlənməsini təmin edəcəklər:

“Biz Azərbaycanla mühüm məsələlər üzrə dialoqu davam etdirir, regional məsələlər, enerji, COP29 ilə bağlı konstruktiv danışıqlar aparırıq. Bəli, təbii ki, müəyyən məsələlərdə fikir ayrılığına düşə bilərik. Amma eybi yoxdur”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayenin ötən ilin dekabrında Bakıya səfərini şərh edən səfir qeyd edib ki, bu səfər yalnız ilk addımdır, bir səfər ikitərəfli münasibətlərdə hər şeyi bir anda dəyişə bilməz.

Son xəbərlər

Orphus sistemi