Savelyev: “İlham Əliyev Azərbaycan xalqını öz ətrafına topladı və onu qələbəyə apardı”

Savelyev: “İlham Əliyev Azərbaycan xalqını öz ətrafına topladı və onu qələbəyə apardı” “Tarix, hər şeydən əvvəl, böyük miqyaslı şəxsiyyətlər, nüfuzlu siyasi liderlər tərəfindən yazılır”
Xarici siyasət
24 Dekabr , 2020 15:34
Savelyev: “İlham Əliyev Azərbaycan xalqını öz ətrafına topladı və onu qələbəyə apardı”
Dmitri Savelyev

“Tarix, hər şeydən əvvəl, böyük miqyaslı şəxsiyyətlər, nüfuzlu siyasi liderlər tərəfindən yazılır”.

Bunu “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev deyib.

“Ümummilli lider Heydər Əliyevin ölkənin sükanı arxasına keçməyəcəyi təqdirdə müstəqil Azərbaycanın ötən 90-cı illərinin əvvəllərində hansı siyasi uçurumun gözlədiyini söyləmək çətindir. O, respublikanı ən çətin sınaqlardan çıxardı və xarici siyasət, iqtisadi və mədəniyyət sahələrində dövlətin inkişafının təməlini qoydu. İndi isə Azərbaycanın inkişaf hərəkatını uzun illərdir respublikanın başında olan Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti olmadan təsəvvür etmək ağlasığmazdır”, - rusiyalı deputat bildirib.

“Əlbəttə ki, İlham Heydər oğlu dövrümüzün ən uğurlu liderlərindən biridir. Tarixi nöqteyi-nəzərdən qısa müddətdə Prezidentin həyata keçirdiyi islahatlar sayəsində ölkə iqtisadiyyatı uğurla modernləşdirilib, böyük iqtisadi artım templərinə nail olunub, investisiya mühiti yaxşılaşdırılıb. Azərbaycan bu gün təkcə enerji resurslarının ixracatçısı deyil, həm də ən vacib beynəlxalq nəqliyyat qovşağıdır. Nəticədə respublika effektiv dövlət idarəçiliyi mexanizmi, yüksək sosial rifah və daxili sabitlik qazanıb. İlham Əliyevin diplomatik istedadı dövlət başçısına dövlətin xarici siyasətini elə qurmağa imkan verib ki, bu gün Azərbaycan təkcə regional lider deyil, həm də dünya səhnəsindəki təsir gücünü ciddi şəkildə artırıb”, - o söyləyib.

Deputatın sözlərinə görə, İlham Əliyevin sayəsində Azərbaycan beynəlxalq mədəniyyət və idman mərkəzinə çevrilib: “Bundan əlavə, Prezident Əliyevin Azərbaycanı nüfuzlu idman və mədəni tədbirlər keçirən beynəlxalq idman və mədəniyyət mərkəzinə çevirmək səyləri əvəzsizdir, Azərbaycanın tolerantlıq və dözümlülük modeli isə bütün dünya üçün multikulturalizm siyasətinin nümunəsi olub”,

D.Savelyev Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsindəki qələbədə rolunu xüsusi vurğulayıb: “Cari ilin əsas hadisəsini - Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini ayrıca qeyd etmək istərdim. Prezident Əliyev çox uzun müddət ərzində problemi diplomatik yolla həll etmək üçün bütün vasitələrdən istifadə etdi, lakin bunun mümkünsüzlüyü aydın olduqda müasir, yaxşı təlim keçmiş və texniki cəhətdən təchiz olunmuş Azərbaycan Ordusu nahaq yerə dünyanın 50 ən güclü ordusu siyahısına daxil edilmədiyini əməldə sübut etdi. Bu gün İlham Heydər oğlu artıq sadəcə istedadlı siyasətçi və effektiv idarəçi deyil, həm də ümummilli miqyasda liderdir, çünki xalqı ətrafında birləşdirib onu qələbəyə apardı”.

“Azərbaycan Respublikasının Parlamenti ilə qarşılıqlı əlaqələr üzrə parlament qrupuna rəhbərlik edən şəxs kimi Prezident İlham Əliyevin ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində verdiyi böyük töhfəni qeyd etməliyəm. Rusiya ilə Azərbaycan arasında, demək olar, bütün sahələrdə olan strateji tərəfdaşlıq çoxdan bəhrə verib və gələcəkdə daha məhsuldar olacağı görüntüsü yaradır. Çünki tarixi, dil və mədəni köklər xalqlarımızı bir-birinə möhkəm bağlayır.

“Doğum günündə İlham Heydər oğlunu ürəkdən təbrik etmək, ona cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının firavanlığına və Rusiya ilə dostluğun möhkəmləndirilməsinə yönəlmiş bütün planlarının həyata keçməsini arzu etmək istəyərdim”, - siyasətçi fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi