Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevə başsağlığı verib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevə başsağlığı verib Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Xarici siyasət
26 Dekabr , 2024 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi İlham Əliyevə başsağlığı verib

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin həlak olması xəbərindən sarsıldım.

Sizə və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanların tezliklə sağalmalarını arzulayıram".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi