Sahibə Qafarova: "Pakistanla münasibətlərə böyük əhəmiyyət veririk"

Sahibə Qafarova: "Pakistanla münasibətlərə böyük əhəmiyyət veririk" Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti bu gün İslamabaddakı Parlament Evində Pakistan Milli Məclisi sədri Əsəd Qeysərlə görüş keçirib.
Xarici siyasət
141
3 İyun , 2021 15:19
Sahibə Qafarova: Pakistanla münasibətlərə böyük əhəmiyyət veririk

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti bu gün İslamabaddakı Parlament Evində Pakistan Milli Məclis sədri Əsəd Qeysərlə görüş keçirib.

“Report” “Dispatch News Desk”ə (DND) istinadən xəbər verir ki, görüşdə S.Qafarova Pakistanın Kəşmir məsələsinə dair qəti mövqeyini dəstəklədiklərini diqqətə çatdırıb. Onun fikrincə, Kəşmir məsələsinin BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun həll olunması regionda sülhü bərqərar etmək üçün vacib şərtdir.

Azərbaycan Milli Məclis sədri həmçinin iki ölkə arasında münasibətlərin inkişafı baxımından parlamentlər səviyyəsində əməkdaşlığın mühüm olduğunu qeyd edərək “Azərbaycan Pakistanla münasibətlərə böyük əhəmiyyət verir” – deyib.

Pakistan parlamentinin sədri də iki ölkə arasında ticarət, turizm və s. sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək üçün intəhasız imkanlar olduğunu dilə gətirib.

Son xəbərlər

Orphus sistemi