Pakistanın Baş naziri Azərbaycana başsağlığı verib
Pakistanın Baş naziri Azərbaycana başsağlığı veribPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
"Report" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır", - Baş nazir qeyd edib.
Xatırladaq ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər sağ çıxıb.
Deeply saddened by the news of the tragic crash of an Azeri airliner near Aktau, Kazakhstan. My heartfelt condolences to my dear brother President Ilham Aliyev and the people of Azerbaijan over the loss of precious lives in this incident. Our thoughts are with the families of the…