Sabiq səfir: Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur

Sabiq səfir: Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik.
Xarici siyasət
3 Sentyabr , 2024 11:09
Sabiq səfir: Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur

Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik.

“Report” xəbər verir ki, bunu Qəmər Adaları İttifaqının Birləşmiş Millətlər Təşkilatında sabiq səfiri Mohamed Tohiri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Qəmər adalarında Fransanın müstəmləkəçilik tarixinə baxış” mövzusunda çıxış edərkən deyib.

O qeyd edib ki, Mayot adasındakı insanların hüquqlarının bərpası üçün Konstitusiyada dəyişiklik edilməsi mütləqdir: “Fransa beynəlxalq hüququn prinsiplərini pozaraq ada vətəndaşlarının hüquqlarını tapdalayır. Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur. Çünki insanlar təzyiqlə üzləşir, açıq şəkildə öz evlərindən qovulurlar”.

Son xəbərlər

Orphus sistemi