Sabiq prezident: Gürcüstan Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istəyini dəstəkləyir - EKSKLÜZİV

Xarici siyasət
  • 14 mart, 2025
  • 12:13
Sabiq prezident: Gürcüstan Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istəyini dəstəkləyir - EKSKLÜZİV
Giorgi Marqvelaşvili

Gürcüstan Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istəyini dəstəkləyir.

Bunu “Report”a müsahibəsində Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili bildirib.

O qeyd edib ki, Qafqazın üç xalqı üçün regionda sülh və təhlükəsizlik çox vacibdir: "Gürcüstan həmişə regionda sülh danışıqları və sabitliyin tərəfdarı olub, buna görə də biz sülh sazişinin imzalanması imkanını alqışlayırıq".

G.Marqvelaşvili, həmçinin vurğulayıb ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər yüksək səviyyəli əməkdaşlıqla xarakterizə olunur: "Biz Avropa üçün enerji məsələlərinin həllərinin təmin edilməsində, nəqliyyat sahəsində, həmçinin dəyərlərimizin qorunması və dövlətlərimizin dəstəklənməsi məsələlərində strateji tərəfdaşlarıq".

44 - Tezliklə