Sabiq baş nazir: Moldovada "dondurulmuş" münaqişə tezliklə həll edilə bilər

Xarici siyasət
  • 14 mart, 2025
  • 15:55
Sabiq baş nazir: Moldovada dondurulmuş münaqişə tezliklə həll edilə bilər

Moldovada "dondurulmuş" münaqişə tezliklə həll edilə bilər.

"Report" xəbər verir ki, bunu Moldovanın sabiq baş naziri Nataliya Qavrilita XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişə Moldovada insanlar arasında deyil:

"Çünki hər iki çayın sahilinin insanlarının bir-birləri ilə əlaqələri var. Lakin münaqişənin həlli üçün böyük güclər bizə dəstək olmalıdır".

Siyasətçi vurğulayıb ki, münaqişə qurtarandan sonra investisiyalar, dövlət-özəl tərəfdaşlığı haqqında düşünmək lazımdır:

"Regionun bərpası üçün bunu düşünməliyik".

O həmçinin vurğulayıb ki, Rusiya Moldovadan qoşunlarını çıxarmaqla bağlı beynəlxalq öhdəlik götürüb, lakin buna əməl etmir.

44 filmi