"Gəncədə gömrük sahəsində müzakirələrin böyük əhəmiyyəti var".
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidmətləri Rəhbərləri Şurasının sədri Ruslan Davıdov Gəncə şəhərində keçirilən şuranın 76-cı iclası ərəfəsində bildirib.
"Müstəqil Dövlətlər Birliyinin Gömrük Xidməti Rəhbərləri Ekspertləri Şurasının 76-cı iclasında 7 ölkənin əməkdaşları iştirak etdi. İclasda əsasən, xidmətlərin koordinasiyalı işlənməsi, əməkdaşlıq, xidmətlər arasında münasibətlərin prosedurlarının sürətləndirilməsi, həmçinin yükdaşımalar nomenklaturasının harmonlaşdırılması və beynəlxalq gömrük xidmətləri çərçivəsində hərəkətlərinin koordinasiyalı işlədilməsi məsələləri müzakirə olunub", - R.Davıdov bildirib.
Qeyd edək ki, iclasda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus, Tacikistan və Qırğız Respublikasının gömrük xidmətlərinin nümayəndələri iştirak edib.