"Bakıda keçirilən “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı Azərbaycanla Rusiya arasındakı münasibətlərin səviyyəsini, xarakterini göstərir".
“Report” xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlığa dair xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
“Bugünkü konfrans mühüm əhəmiyyət daşıyır. Deməliyəm ki, 10 il əvvəl ilk belə konfrans Bakı Forumunun təməlini qoydu. Dünya miqyaslı tədbirə çevrilən bu forum istər iki, istərsə də çoxtərəfli münasibətlərdə çox böyük beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb”, - o qeyd edib.
Rusiya rəsmisi Bakı forumunun nəinki humanitar əməkdaşlıq, həm də iqtisadi sahədə əlaqələri ehtiva etdiyini söyləyib: “Şübhəsiz ki, bu gün Azərbaycan bizim üçün Qafqazda mühüm strateji tərəfdaşdır. Böyük planlarımız var. Bir-birimizi necə sevdiyimizi göstərmək üçün nəsə sübut etməyə ehtiyac duymuruq”.