Rusiya ilə müharibədə həlak olan Ukrayna müdafiəçilərinin Bakıda xatirə lövhəsi açılıb.
Bu barədə “Report”a Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Mərasimdə həlak olan qəhrəmanların ailələri, həmçinin Ukrayna səfirliyinin, diasporunun, digər qurumlarının və Azərbaycandakı ukraynalıların icmalarının nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bununla əlaqədar Ukraynanın Azərbaycandakı səfirliyi hər il Analar Günü ərəfəsində Ukraynanın həlak olmuş müdafiəçilərinin ailələri ilə görüşlərin keçirilməsi ənənəsinə start verir: “Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan Ukrayna ərazisində yaşayan etnik azərbaycanlılar dövlətimizin suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün qətiyyətlə ayağa qalxdılar.
Bu günə qədər bizə torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda həlak olan 26 Azərbaycan igidinin adı məlumdur”.
Səfirlik Ukrayna Ticarət Evi ilə birlikdə
“Biz Ukraynanı müdafiə edərək həlak olmuş etnik azərbaycanlılar haqqında lazımi məlumatların toplanmasında bizə koməklik göstərmələri üçün Ukraynanın və Azərbaycanın dostlarına, qardaşlara, Ukrayna azərbaycanlılarının diasporuna, Sumqayıt şəhərində fəaliyyət göstərən İ.Franko adına Ukrayna icmasına müraciət edirik.
Sözügedən layihənin həyata keçirilməsində fəal iştirakına və göstərdiyi köməyə görə, Ukrayna uğrunda həlak olanların, xüsusilə Səyid Hüseynov, İlkin Hacızadə və Ziya Nadirovun ailələrinə, dəstək və köməkliyin göstərilməsində şəxsi töhfələrinə görə Tamilla Musayevaya, Əli Məhərrəmzadəyə, Mehrəli Qasımova, İrina Mityanetsə, Oleksiy Sleptsova, Lesya Kərimovaya və Oleksandra Məmmədzadəyə təşəkkür edirəm”, - diplomatik nümayəndəlikdən qeyd olunub.
Səfirlik Ukraynanın həlak olan müdafiəçiləri haqqında məlumatın toplanılmasında göstərdikləri köməyə görə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadova və “Report” İnformasiya Agentliyinin və "Baku TV"nin Ukraynadakı xüsusi müxbiri Mübariz Aslanova ayrıca təşəkkür edib.