Rövşən Mirzəyev: XİN transsərhəd suların çirkləndirilməsi ilə bağlı mübarizədə üzərinə düşən işləri icra edir

Rövşən Mirzəyev: XİN transsərhəd suların çirkləndirilməsi ilə bağlı mübarizədə üzərinə düşən işləri icra edir Rövşən Mirzəyev: XİN trans-sərhəd suların çirkləndirilməsi ilə bağlı üzərinə düşən işləri icra edir
Xarici siyasət
24 aprel 2025 11:08
Rövşən Mirzəyev: XİN transsərhəd suların çirkləndirilməsi ilə bağlı mübarizədə üzərinə düşən işləri icra edir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) transsərhəd suların çirkləndirilməsi ilə bağlı mübarizədə öz üzərinə düşən işləri icra edir.

“Report” xəbər verir ki, bunu XİN-in İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirədən sonra sual-cavab sessiyasında deyib.

O qeyd edib ki, transsərhəd sularının idarə olunması milli su strategiyası əsasında aparılır:

“Bu sular biomüxtəlifliyin əsas hissəsidir. XİN transsərhəd sularının çirkləndirilməsi ilə bağlı öz üzərinə düşən işləri icra edir. Azərbaycan "mavi iqtisadiyyat" və okeanların idarə olunması barədə konfranslara qatılır. Bu iştirak xüsusilə COP29 çərçivəsində aktivləşib. Bu il Fransada Dünya Okean Konfransı keçiriləcək ki, orada da iştirak məsələsi gündəmə gələ bilər”.

Orphus sistemi