Qvatemala Azərbaycanın Londondakı səfirliyinə qarşı vandalizm aktını pisləyib

Xarici siyasət
  • 08 avqust, 2022
  • 20:46
Qvatemala Azərbaycanın Londondakı səfirliyinə qarşı vandalizm aktını pisləyib

Qvatemala Azərbaycanın Londondakı səfirliyinə qarşı vandalizm aktını pisləyib.

Bu barədə “Report”a Qvatemala Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.

“Qvatemala avqustun 4-də Azərbaycanın Londondakı səfirliyində dini ekstremist qruplar tərəfindən həyata keçirilən vandalizm aktlarını pisləyir. Biz hərtərəfli araşdırmaya və təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, - nazirliyin bəyanatında qeyd olunur.