Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması və onun təşəbbüsü ilə keçirilən konfranslar müstəmləkəçilik haqqında məlumatlandırmanın genişləndirilməsinə şərait yaradıb.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (Qvadelupa) katibi Joze Marten Jan-Pyer Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, beynəlxalq Dekolonizasiya Cəbhəsi də məhz Bakıda formalaşıb:
"Bizim əldə etdiyimiz alətlər müstəmləkəçiliklə mübarizə aparmağımıza imkan verir. Hesab edirik ki, bu məsələdə BMT də bizim tərəfdaşımız ola bilər. BMT-nin müvafiq qətnamələri müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərin artırılmasını tövsiyə edir. Buna dəstək olmalıyıq.
BTQ-nin gördüyü işlər bütün dünyanın qeyri-hökumət təşkilatlarına nümunə olmalıdır. Beynəlxalq səviyyəli mediasiyaya başlamalıyıq. BMT-nin Dekolonizasiya Komitəsinin müstəmləkəçiliklə mübarizə prosesinə dəstəyini tələb edirik. Daha ədalətli dünya üçün çalışmalıyıq".