Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb

Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb Faciə zamanı AZAL təyyarəsini istiqamətləndirən Qroznıdan olan dispetçer Əli İdrisov təyyarə qəzasının təfərrüatlarını açıqlayıb.
Xarici siyasət
30 Dekabr , 2024 12:09
Qroznıdan olan dispetçer AZAL təyyarəsinin qəzası barədə danışıb

Faciə zamanı AZAL təyyarəsini istiqamətləndirən Qroznıdan olan dispetçer Əli İdrisov təyyarə qəzasının təfərrüatlarını açıqlayıb.

Bu barədə “Report” VÇK-OGPU teleqram kanalına istinadən xəbər verir.

Qeyd edilib ki, İdrisov ötən gün axşam dindirilib.

Məlumata görə, Ə.İdrisov PUA hücumu və HHM-in işi barədə heç bir məlumatı olmadığını iddia edib. O, hadisəni son ana qədər hava gəmisi ekipajının məlumatına əsaslanaraq quşlarla toqquşma kimi qiymətləndirdiyini bildirib.

Ə.İdrisovun sözlərinə görə, "Kovyor" planı ona 22-ci dəqiqədə (təxminən 08:21 radələrində) məlum olub, yəni ekipajın təyyarənin zədələnməsi barədə məlumat verməsindən beş dəqiqə sonra, bu da səhvən quşlarla toqquşma kimi qəbul edilib.

Dispetçer Ə.İdrisovdan əlavə, Qroznı aerodromunun uçuş rəhbəri Camlayl Bakanayev də dindirilib. Məlumata görə, C.Bakanayev bütün sistemlərin işlək olduğunu və vəzifə öhdəlikləri çərçivəsində onun tərəfindən yoxlanıldığını bildirir. Uçuş rəhbəri kimi o, "Bakı-Qroznı" reysinin enişi üçün heç bir maneə görmədiyini bildirib.

Teleqram kanalı xatırladıb ki, təyyarə hava limanına yaxınlaşarkən GPS sensorlarının siqnalını və rabitəni itirib və pilotlar təyyarəni, demək olar ki, kor-koranə idarə etməli olublar.

Kanal daha əvvəl bildirib ki, "Kovyor" planının tətbiqi barədə məlumat uçuş rəhbərinə artıq gec olanda çatdırılmışdı. Bunu C.Bakanayev də təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi