QMİ sədri: “Azərbaycan və İran arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var”

QMİ sədri: “Azərbaycan və İran arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var” “Biz çalışırıq ki, həmin qüvvələrə mane olaq”
Xarici siyasət
13 May , 2016 15:44
QMİ sədri: “Azərbaycan və İran arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var”

Bakı. 13 may. REPORT.AZ/ “Azərbaycan və İran arasında münasibətlərə kölgə salmaq istəyən qüvvələr var. Biz çalışırıq ki, həmin qüvvələrə mane olaq”.

“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.

O bildirib ki, Azərbaycan və İran arasında münasibətlər yüksək səviyyədə inkişaf edir: “Bu yaxınlarda Prezident İlham Əliyevin İrana səfəri bunu bir daha sübuta yetirdi. Bu, qardaşlığın və dostluğun göstəricisidir”.

Abuzər İbrahimi Türkman Azərbaycanla İran arasında olan əlaqələrin qədim tarixə söykəndiyini diqqətə çatdırıb. O qeyd edib ki, iki ölkə arasında münasibətlər inkişaf edir: “Azərbaycan və İran arasındakı münasibətlərə mane olmaq istəyən qüvvələr istəsə də, buna nail ola bilməzlər”.

Son xəbərlər

Orphus sistemi