Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb

Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya ilə görüşüb.
Xarici siyasət
5 Dekabr , 2023 10:52
Qərbi Azərbaycan İcmasının sədri AK Partinin sədr müavini ilə görüşüb

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zəfər Sırakaya ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı Z.Sırakaya qardaş Türkiyə və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərindən danışıb.

O bildirib ki, Qərbi Azərbaycan İcması Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtması üçün mübarizə aparan təşkilatdır: "Biz öz haqqımızı tələb edirik və öz yurdumuza qayıtmalıyıq. 200 il ərzində ermənilər tərəfindən bir çox deportasiyalara, qırğınlara məruz qalmışıq. Əgər beynəlxalq ədalət varsa, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması təmin olunmalıdır. Qarabağ müharibəsi bitib və bu gün sülhdən danışırıqsa, bu məsələyə də aydınlıq gətirilməlidir. Müharibələr nəticəsində əziyyət çəkən soydaşlarımızın hər biri öz yurdlarında yaşamalıdır".

AK Partinin sədr müavini əlavə edib ki, son 30 ildə 1 milyondan çox azərbaycanlı öz torpağından sürgün edilib.

"Lakin son antiterror əməliyyatından sonra erməni sakinlərə su, yemək verən Azərbaycan əsgərinin mərhəmətini bütün dünya gördü. Məhz türkün mərhəmətini dünyaya göstərdiyi üçün bütün Azərbaycan xalqına təşəkkür edirəm. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına hər zaman sadiq qalacağıq. Biz Türkiyə və AK Parti olaraq bu gün də və bundan sonra da Azərbaycanın yanında olacağıq", - o vurğulayıb.

Görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi